Avqust ayında Azərbaycan Dəmir Yollarının Əlaqə mərkəzinə 17 mindən çox müraciət daxil olub.
Newscenter.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən bildirir ki, həmin müraciətlərin 15 mindən çoxu ADY-nin "Qaynar xətt"i 1822-yə zəng vasitəsilə baş tutub.
Qeyd edək ki, daxil olan bütün zəng, mesaj və şərhlər Əlaqə mərkəzinin əməkdaşları tərəfindən operativ şəkildə araşdırılır və cavablandırılır. Mərkəzin əməkdaşları 7/24 vətəndaşların xidmətindədir.
R.Mehdiyeva