Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kimsə Paşinyana barmaq silkələməli və ona öz yerini göstərməlidir

Kimsə Paşinyana barmaq silkələməli və ona öz yerini göstərməlidir


G-20 sammitinin yekunlarına dair mətbuat konfransında açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın Qarabağda durumu süni surətdə gərginləşdirən hərəkətlərinə tənqidi yanaşması və buna görə də baş nazir Nikol Paşinyanla telefon danışıqları aparmaq niyyətində olduğunu bildirməsi təqdirəlayiq olmaqla bərabər, həm də gözlənilən bir jestdir. Dünən Ərdoğanın Paşinyanla telefon danışığı baş tutdu. Biz qardaş ölkənin liderinin bu təşəbbüsünü yüksək qiymətləndiririk.

Beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin separatçı rejimin Qarabağda qondarma "prezident seçkiləri" keçirməsini pisləmələrininin həm separatçılara, həm də revanşizmə can atan Ermənistana sarsıdıcı zərbə olduğunu hamımız yaxşı bilirik. Lakin dünya siyasətinə real təsir gücünə malik olan nüfuzlu liderlərdən kimsə biri Nikol Paşinyana zəng vurub rəsmi İrəvanın Qarabağda keçirilən qondarma "seçkilər"ə dəstək verməsinin qəbuledilməz olduğunu sərt şəkildə onun diqqətinə çatdırırsa, Paşinyan kimi avantürist hökumət başçısını reallıq hissinə qaytarmaq üçün bunun effekti daha yüksək olur.

Bəli, kimsə Paşinyana barmaq silkələməli və ona öz yerini göstərməlidir. Erməni siyasi elitası Türkiyə Prezidentinin bölgə dövlətləri arasında vasitəçi kimi, arbitr kimi önə çıxmasından narahat olursa, bu onların problemidir. Bu gün bütün bölgə dövlətləri kimi Ermənistan da Türkiyənin mövqeyi ilə hesablaşmağa məcburdur.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş