Dövlət büdcəsindən kənd təsərrüfatı texnikasının alınması üçün 2021-ci ildə 10,0 mln. manat, 2022-ci 10,0 mln. manat məbləğində ayrılmış vəsaitlərin, eyni zamanda 2005-2019-cu illər ərzində dövlət büdcəsinin müxtəlif mənbələrindən (eləcə də digər mənbələrdən) maliyyə vəsaitlərinin əvəzsiz əsaslarla ayrıldığı halda həmin daxilolmalar hesabına 01.01.2023-cü il tarixinə uçotda kreditor borc kimi qeyd edilmiş 54,8 mln. manat məbləğində vəsaitin nizamnamə kapitalının artırılmasına yönəldilməsi məsələləri üzrə zəruri işlər həyata keçirilməyib.
Newscenter.az xəbər verir ki, bu fakt Hesablama Palatasının “Aqroservis” Açıq Səhmdar Cəmiyyətində aparılmış auditin nəticələrinə dair məlumatında əksini tapıb. Qeyd edilib ki, Azərbaycan Dövlət Zona Maşın Sınaq Stansiyasının və Lənkəran Dövlət Maşın Sınaq Stansiyasının 2015-ci ilin aprel ayında, Azərbaycan Təcrübə-Sınaq və Təmir Zavodunun isə 2021-ci ilin may ayında Cəmiyyətin tabeliyinə verilməsi şəraitində ayrıca mühasibat uçotu subyektləri olan həmin qurumların müvafiq maliyyə göstəriciləri (hesabatları) üzrə konsolidə edilmiş maliyyə hesabatları tərtib edilməyib, tabeli qurumların fəaliyyəti daxili nəzarət sisteminin (prosedurlarının) əhatə dairəsinə hər hansı formada daxil edilməyib, onlarda mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi müvafiq standartlara uyğun olmayıb, nağd əməliyyatların qarşısının alınması, maliyyə (mühasibat) uçotunun proqram təminatları vasitəsilə avtomatlaşdırılması, ilkin sənədləri, ilkin uçot sənədləri və vergi bəyannamələri arasında mövcud olan uyğunsuzluqların vaxtında araşdırılması və aradan qaldırılması təmin olunmayıb.
Natiq Orucov