Ölkədə fəaliyyət göstərən bir sıra siyasi partiyaların təkrar dövlət qeydiyyatından keçməsini bəziləri xüsusi tapşırıqla əsaslandırır. İddia edilir ki, hakimiyyət hansı partiya ilə işləməyi məqbul bilirsə, onların da təkar dövlət qeydiyyatı üçün şərait yaradır. Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov isə bunu tamamilə əsassı hesab edir.
Newscenter.az-ın xəbərinə görə, Komitə sədri bildirib ki, müxalifət partiyalarını qərəzli şəkildə qaralamaq, onları təsnifatlandırmaq, süni bölgülər aparmaq, hərəsinə bir ad qoymaq, yarlıq yapışdırmaq tamamilə yanlış mövqedir. Onun sözzlərinə görə, Tural Sadıqlının müxalifət partiyalarını “cib müxalifəti”, “avtobus müxalifəti” və “reyster müxalifəti” kimi qondarma düşərgələrə, qruplara bölməsi onun siyasi naşılığından və necə deyərlər, Roma Papasından artıq katolik olmaq cəhdlərindən xəbər verir:
"Bütün bu cəhdlər müxalifəti gözdən salmağa və Azərbaycanda guya demokratik mühitin mövcud olmadığı təsəvvürünü yaratmağa xidmət edir. Lakin heç kim Tural Sadıqlıya siyasi partiyaları təsnifatlandırmaq, onların müxalifətçilik dərəcəsini ölçmək, onlara “həqiqi müxalifət” statusunu verib-verməmək səlahiyyətini həvalə etməyib. Tural Sadıqlı müxalifətçiliyin və demokratiyanın barometri deyil".
Anar Əliyev