Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Oğuzda torpaq sürüşməsi olub

Oğuzda torpaq sürüşməsi olub


Oğuz rayonunun Filfilli kəndində torpaq sürüşməsi olub.

Newscenter-az bildirir ki, "Report"un Şimal-qərb bürosunun məlumatına görə, dağlıq ərazidən sürüşən torpaq kütləsi kənd sakini Eynulla Süleymanovun həyətyanı sahəsinə tökülüb.

Nəticədə həyətin bir hissəsi torpaq altında qalıb.

Hadisə zamanı tələfat və dağıntı qeydə alınmayıb.
Xəbəri paylaş