Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pasinyandan hər şey gözlənilir

Pasinyandan hər şey gözlənilir


Son aylarda daha da gərginləşən Rusiya-Ermənistan münasibətlərinə təsir göstərən müxtəlif səbəblərin olduğu bildirilir. Ən başlıca səbəb kimi isə Paşinyanın Qərbə meyilliliyi göstərilir.

Newscenter.az-ın xəbərinə görə, siyasi ekspert Çingiz Şahbazi hesab edir ki, Putinin Ermənistan hakimiyyətinə qarşı od püskürməsinin əsas səbəbi, Ermənistan və ABŞ arasında həyata keçirilən hərbi təlimdir. Onun sözlərinə görə, Pasinyan hakimiyyətinin Ukraynaya etdiyi yardım və baş nazirin həyat yoldaşı Anna Akopyanın Kiyevə səfəri Kreml üçün görməzdən gəlinə bilən məsələlərdir:

“Amma, ABŞ hərbiçilərinin Ermənistan ərazisində hərbi təlimlərə başlaması, Ermənistanın Rusiyanın qırmızı cizgilərini görməzdən gəlmək anlamı daşıyır. Pasinyandan hər şey gözlənilir. O Ermənistanın gəlmiş getmiş bütün hökumət başçıları arasında daha çox aktiv siyasətçidir və yürütdüyü siyasətin nəticəsidir Azərbaycan bundan məharətlə istifadə edərək öz tarixi torpaqlarına qayıda bildi”.

Anar Əliyev
Xəbəri paylaş