Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentdən yeni rektor təyinatları

Prezidentdən yeni rektor təyinatları


Yaqub Maksim oğlu Piriyev Bakı Mühəndislik Universitetinin rektoru təyin edilib.

Newscenter.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, Y.Piriyev bu təyinata qədər Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edirdi.

XXX

Dövlət başçısının digər sərəncamları ilə Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Sevinc Mehdiyeva

Rüfət Eyvaz oğlu Əzizov isə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

Qeyd edək ki, R.Əzizov bu təyinata qədər Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru vəzifəsində çalışıb.
Xəbəri paylaş