Son 5 gün ərzində “Stadler” qatarlarına 3 dəfə daş atılması nəticəsində qatarın yan pəncərələri sındırılıb.
Newscenter.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən bildirir ki, hadisələrin 2-si Abşeron dairəvi marşrutu üzrə hərəkət edən qatarda, digəri isə Bakı-Qəbələ istiqamətində baş verib. Nəticədə qatarların pəncərələrinin şüşələri yararsız vəziyyətə düşüb.
Səhmdar Cəmiyyətdən bildirilib ki, bu vandalizm aktını törədən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunacaqlar.
Ruhiyyə Mehdiyeva