Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“2023 EuroVelo & Cycling” Turizm Konfransı üçün geri sayım başlayır

“2023 EuroVelo & Cycling” Turizm Konfransı üçün geri sayım başlayır


Möhtəşəm sahil xətti, sevimli sahil qəsəbələri, qeyri-adi təbiət mənzərələri və əzəmətli qədim abidələri ilə Türk Egeyinin qəlbi İzmir 2023 EuroVelo (Avropa Velosiped Marşrutları Şəbəkəsi) & Cycling Turizm Konfransına ev sahibliyi edəcək.

Newscenter.az xəbər verir ki, 11-13 oktyabr 2023-cü il tarixlərində Türkiyənin velosiped dostu şəhərlərindən biri olan İzmirdə keçiriləcək “EuroVelo & Cycling” Turizm Konfransı Avropada velosiped turizmini inkişaf etdirmək üçün bütün sənaye peşəkarlarını bir araya gətirəcək. Konfransa qatılan sənaye mütəxəssisləri EuroVelo 8 – Aralıq dənizi marşrutu üçün Türkiyədə seçilən ilk şəhər olan İzmirdə məskunlaşacaq və burada “Velosiped Dostu” sertifikatlı otellərin imtiyazlarını yaşaya biləcəklər.

“2023 EuroVelo & Cycling” Turizm Konfransı Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Turizm Təşviq və İnkişaf Agentliyi (TGA) və Avropa Velosipedçilər Federasiyasının (ECF) himayəsi altında yerli tərəfdaşlarla əməkdaşlıq çərçivəsində təşkil olunacaq. Dayanıqlı velosiped turizminin inkişafı və gələcəyinə diqqət yetirən konfrans velosiped turizmi üzrə bütün tərəfləri, o cümlədən velosiped turizmi ekspertlərini, beynəlxalq velosiped assosiasiyalarının nümayəndələrini, velosiped turoperatorlarını, nəqliyyat şirkətlərini, universitetləri və akademiyaları, turizm və dövlət orqanlarını, yaşayış və ictimai qurumları bir araya gətirəcək.

İrs və Təcrübəyə yönəlmiş konfrans proqramı

Mövzusu “Velosiped idman növü: irs üzrə yeni perspektiv” olan 2023 EuroVelo & Cycling Turizm Konfransı iştirakçılara panellər və məlumat mübadiləsinə yönəlmiş cəlbedici proqram təklif edir. Proqram velosiped yolları şəbəkələri və velosiped turizmi haqqında məlumat verəcək, velosiped turizmində ən yaxşı təcrübələri təbliğ edəcək, bununla yanaşı iştirakçıları velosipedin mədəni və təbii irsin formalaşmasında rolu haqqında düşünməyə təşviq edəcək sessiyalar, seminarlar və sosial tədbirlərdən ibarətdir.

Konfrans oktyabrın 11-də İzmirin sənaye məkanlarından biri olan Tarixi Kömür Qaz Zavodunda baş tutacaq. Konfransın ikinci günündə sənayenin ən nüfuzlu məruzəçiləri Swissotel Büyük Efes-də ruhlandırıcı sessiyalar üçün bir araya gələcəklər.

Məşhur jurnalist Alex Crevar və Fancy Women Bike Ride-ın təşkilatçısı və İtaliya Bikenomist şirkətinin velosiped turizmi yarmarkalarının direktoru Pınar Pinzuti destinasiyanın mirasından maksimum yararlanmağın ən yaxşı yolu kimi velosipedlə bağlı ilhamverici fikirlərini və təcrübələrini “Velosiped sürmə: irsə yeni baxış” sessiyasında bölüşəcəklər. “Velosiped turizminin siyasi gündəmə gətirilməsi” adlı plenar iclasda Türkiyə Turizmin Təşviqi və İnkişafı Agentliyinin (TGA) baş menecerinin səlahiyyətlərini icra edən Dr. Elif Balcı Fisunoğlu, Avropa Velosipedçilər Federasiyasının (ECF) baş direktoru Jill Warren və Keçmiş Avropa Parlamentindən olan Maykl Kramer, velosiped turizminin hər zaman olduğundan daha güclü öhdəlik və qətiyyətlə milli və beynəlxalq səviyyələrdə siyasi gündəmə necə gətirilməli olduğuna dair öz perspektivlərini bölüşəcəklər. Bu paneldə velosiped turizminin inkişafı və davamlılığına diqqət yetiriləcək, velosiped turizmi siyasəti müzakirə olunacaq.

Paralel Sessiyalarda Təcrübələrin Payı

“2023 EuroVelo & Cycling” Turizm Konfransı da bir sıra paralel sessiyalara ev sahibliyi edəcək. “İrsi təbliğ edən velosiped məhsulları: bütün Avropadan dərslər” sessiyası iki təkər üzərində mədəniyyət tarixini kəşf etmək üçün bir neçə ən yaxşı Avropa təcrübələrini təqdim edəcək. “Təbiətə velosiped sürmək: istifadə və mühafizə” sessiyasında müxtəlif ölkələrdən nümunələr də daxil olmaqla, velosiped infrastrukturunun biomüxtəlifliyə və ekosistemlərə təzyiq yaratmadan təbii ərazilərə necə çıxış imkanı verdiyi müzakirə olunacaq.

“Yeni (və daha çox) velosipedçiləri cəlb etmək üçün marketinq strategiyaları” sessiyasında marketinq alətləri və fəaliyyətlərinin velosiped sürməyi hər kəsin həyatının bir hissəsinə çevirməyə necə kömək edə biləcəyi ilə bağlı ideyalar müzakirə olunacaq. İnteraktiv şəkildə keçiriləcək “Velosiped və İrsin ünsiyyəti üçün alətlər” sessiyasında bələdçilər, televiziya şouları, oyunlar və tətbiqlər kimi medianın velosiped təcrübəsini irsin təbliği ilə necə əlaqələndirə biləcəyi müzakirə olunacaq.

“Velosiped sürməyə uyğun xidmətlər: İrs saytlarına girişi necə yaxşılaşdırmaq olar?” sessiyasında yüksək keyfiyyətli xidmətlərin irs və velosiped turizmi arasında mükəmməl uyğunlaşma yaratmaq üçün necə vacib olduğuna dair müxtəlif ölkələrin təcrübələri və perspektivləri müzakirə ediləcək. “Velosiped marşrutu şəbəkələri: kənd və şəhər arasında əlaqə” sessiyası təyinat məntəqəsinin əsas görməli yerlərinə çıxışda uğurlu velosiped marşrutu şəbəkəsinin rolunu və velosiped marşrutlarını düzgün planlaşdırilmasını müzakirə edəcək.

“2023 EuroVelo & Cycling” Turizm Konfransının son günündə iştirakçılar İzmir bölgəsi daxil olmaqla EuroVelo 8-Aralıq dənizi marşrutu boyunca vacib yerlərə texniki səfərlər edəcəklər. Bu səfərlər zamanı iştirakçılar regionu və velosiped üçün əlverişli infrastrukturu, layihələri və xidmətləri araşdıracaqlar.

Ruhiyyə
Xəbəri paylaş