"Ermənistanın Baş naziri "Politco" nəşrinə müsahibəsində Qarabağ daxil olmaqla Azərbaycanın 86.6 min kvadrat kilometr ərazisini tanıdığını vurğulayıb".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, bütün bunlar Azərbaycanın uğurlu xarici siyasət kursundan irəli gəlir:
"Azərbaycan prezidenti İlham Əliyevin apardığı bu istiqamətdə siyasət müsbət istiqamətdə davam edir. N. Paşinyanın Azərbaycanın Qarabağ daxil olmaqla ərazi bütövlüyünü tanımasını elan etməsi, onun geri çəkildiyini göstərir. Həmçinin Qarabağdakı separatçılara təklif göndərib ki, Azərbaycanla anlaşın.
Göründüyü kimi, Ermənistan reallıqları qəbul etmək məcburiyyətindədir. Ermənistana Qərbdən dəstək verilmədi. Əlbəttə ki, bu, Azərbaycanın diplomatik qələbəsidir. Artıq İran da Ermənistanın apardığı siyaətdən narazılığını siyasi leksikona gətirib".
Politoloq qeyd edib ki, artıq Ermənistan rəhbərliyinə Türkiyə və Azərbaycan tərəfindən ciddi təzyiqlər, Qərbdən dəstəyin verilməməsi N. Paşinyanın geri çəkilməsi ilə nəticələndi:
"Azərbaycan bu ilin sonuna silahlı erməni birləşmələrinin ləğvini də həyata keçirəcək. Qarabağdakı separatizmin axır günlərini yaşadığını Rusiya rəhbərliyi də qəbul edib".
Mehman Mehdiyev