Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın razı olmadığı proses bu regionda nəticə verə bilməz

Azərbaycanın razı olmadığı proses bu regionda nəticə verə bilməz


“Minlərlə kilometr məsafədə yerləşən Qərbdən fiziki dəstək gözləmək və buna arxayın olub, öz ətrafına təhlükə yaratmaq özünüməhvdən başqa bir şey deyildir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Rusiyanın Azərbaycanın atdığı addımlara loyal yanaşma göstərməsi onun çıxılmaz vəziyyətindən irəli gəlir:

"Türkiyə və Azərbaycandan asılılıq burda Rusiyanın daxili qorxuları ilə bərabər səviyyədədir. Rusiya qorxur ki, indiki şəraitdə Azərbaycanın əleyhinə iş görmək domino effekti yaradar. Azərbaycanın Rusiyadan uzaqlaşması Ermənistan və Gürcüstanın da daha sürətlə ondan uzaqlaşmasına səbəb olar. Bu zaman Rusiya yüz faiz Cənubi Qafqazdan getməyə məcbur olar, çünki üç Cənubi Qafqaz ölkəsi ilə eyni zamanda qarşı-qarşıya gəlmək Ukrayna müharibəsi fonunda Rusiyanın imkanları xaricində olar. Azərbaycanla ehtiyatlı davranmaq siyasətini Amerika da aparır, çünki eyni proses onunla da baş verə bilər. Azərbaycanın razı olmadığı proses bu regionda nəticə verə bilməz".

Mehman Mehdiyev
Xəbəri paylaş