Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan intihar dalışı etməyə hazırlaşır

Ermənistan intihar dalışı etməyə hazırlaşır


"Rusiyanı Ermənistanla çox şey bağlayır. Hətta, deyərdim ki, Rusiya Ermənistana daha həssas yanaşır, nəinki Ukraynaya yanaşdı".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Ermənistanın nazı ilə oynamağının, ona demokratiya oyunu oynamasına göz yummasının da səbəbi budur:

2Doğrudur, Ukrayna müharibəsi səbəbi ilə Rusiya zəifləsə də, Ermənistanın, daha doğrusu Paşinyanın başına qapaz vurmaq Rusiya üçün iki vur ikidir. Amma burda bir nüans var, o da Azərbaycan faktordur. Məsələ ondadır ki, Rusiya əgər Ermənistanı qəti şəkildə güc yolu ilə öz yanına çəksə, onda konkret olaraq Ermənistanın tərəfini tutmağa məcbur olacaq. İndiki durumda bu da Rusiyaya lazım deyil. Onda Ermənistana görə Türkiyə və Azərbaycanı itirməli olacaq. Odur ki, hələlik Ermənistanı boş buraxıb. Ermənistan da bundan istifadə edib Rusiyadan uzaqlaşmağa çalışır. Rusiya da iki seçim arasında qalıb çabalayır. Paşinyanın şıltaq bəyanatlarını qulaq ardına vurmaqla üzünü qızardır. Ona görə Azərbaycanı Ermənistanla baş-başa buraxıb Ermənistanı qorxutmağa çalışır, başına gələcəklərini ona eşitdirir. Ermənistan isə bir neçə dövlətdən, Fransa, Hindistan, İrandan aldığı dəstəklə tək Azərbaycana yox, elə Rusiyaya meydan oxuyur, intihar dalışı etməyə hazırlaşır".

Mehman Mehdiyev
Xəbəri paylaş