Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın Baş prokuroru Azərbaycan səfirliyinə hücumla bağlı cinayət işinin nəzarətində olduğunu bəyan edib

İranın Baş prokuroru Azərbaycan səfirliyinə hücumla bağlı cinayət işinin nəzarətində olduğunu bəyan edib


"Tehrandakı Azərbaycan səfirliyinə hücumla bağlı cinayət işi məhkəməyə göndərilib".

Newscenter.az-ın xəbərinə görə, bunu İran İslam Respublikasının Baş prokuroru Mohammad Kazem Movahedi-Azad Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə görüşündə deyib.

O, əməkdaşlıq sahəsində təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, həmçinin Baş prokuror kimi ilk xarici səfərini Azərbaycana etməsindən məmnun olduğunu qeyd edib.

İranın Baş prokuroru səfirliyimizə hücumla bağlı cinayət işinin nəzarətində olduğunu, həmin işin məhkəməyə göndərildiyini və iş üzrə ədalətli qərar qəbul ediləcəyini bildirib.
Xəbəri paylaş