Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşçi hansı məzuniyyət növlərindən istifadə edə bilər?

İşçi hansı məzuniyyət növlərindən istifadə edə bilər?


Bir qayda olaraq işəgötürənlə işçi arasında meydana gələn mübahisəli məsələlərdən biri də məzuniyyətlə bağlı olur. Adətən işəgötürən Əmək Məcəlləsində nəzərdə tutulan bəzi məzuniyyətləri işçiyə verməyə maraqlı görünmür. Bəs, sözügedən məcəllədə hansı növ məzuniyyət növləri var ki, işçi onlardan istifadə edə bilər?

Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova sözügedən məsələyə aydınlıq gətirib. O bildirib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 112-ci maddəsinə əsasən işçilərin məzuniyyət hüququ bir neçə növ məzuniyyət növləri ilə təmin edilir. Vəkilin sözlərinə görə, bunlar əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti, sosial məzuniyyət, təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti və ödənişsiz məzuniyyətdir:

“Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər”.

İnqiılab Süleymanov
Xəbəri paylaş