Bu gün İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) İqtisadi Əməkdaşlıq İşçi Qrupunun 14-cü Toplantısı başa çatıb.
Newscenter.az-ın məlumatına görə, reportun Türkiyə bürosu xəbər verir ki, tədbirdə TDT-nin iqtisadiyyat və ticarətdən məsul nazirləri, nazir müavinləri və qurumda müşahidəçi dövlətlərin nümayəndələri iştirak ediblər.
Toplantıda TDT-yə üzv və müşahidəçi ölkələrin nümayəndələri iqtisadiyyat və ticarət məsələrini müzakirə edib. Tədbirdən sonra birgə bəyanat imzalanıb.
Bəyanatda TDT-yə üzv və müşahidəçi ölkələr arasında əməkdaşlığın inkişafına dair məsələlər yer alıb.
Türkiyənin ticarət naziri Ömər Bolat deyib ki, bu əməkdaşlıq daha da yüksək səviyyədə davam edəcək.
Tədbirdən sonra ailə fotosu çəkdirilib
Xatırladaq ki, toplantıda Azərbaycanı iqtisadiyyat nazirinin müavini Elnur Əliyev təmsil edib.