“Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi” (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfıratla Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) İdarə Heyətinin sədri Fərid Novruzi arasında işguzar görüş təşkil edilib.
Newscenter.az xəbər verir ki, görüşün məqsədi AFRA üzvlərinin pərakəndə geyim bazarında mövcud problemləri və onların həlli yollarının araşdırılması, dövlət tərəfindən sahibkarlıq subyektlərinə təqdim edilən güzəştlər və onlardan istifadə imkanlarının müzakirəsi oldu.
Görüşün sonunda tərəflər belə görüşlərin tez-tez keçirilməsi və sahibkarların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında qarşılıqlı məlumat mübadiləsinin aparılması barədə razılığa gəldilər.
R.Mehdiyeva