Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya dediyi qədər güclü deyilmiş

Rusiya dediyi qədər güclü deyilmiş


Ukraynanın əks hücum əməliyyatları nəticə verməyə başlayır. Rəsmi Kiyevin bu gün yaydığı xəbərə görə, Ukrayna ordusu Baxmut yaxınlığında daha bir yaşayış məntəqəsini azad edib.

Newscenter.az-ın xəbərinə görə, baş verənlərlə bağlı fikirlərini bölüşən siyasi ekspert Çingiz Şahbazi deyib ki, Rusiya və Ukrayna arasında müharibənin nəticələrinə nəzər saldıqda Rusiyanın daha çox itki verdiyini görürük:

"Bu canlı qüvvə və hərbi texnika baxımından da nəzərə çarpacaq dərəcədə müşahidə olunur".

Ekspert hesab edir ki, Rusiya dediyi qədər güclü deyilmiş və Ukrayna hərbçiləri qədər savadlı hərbiçiləri də yox imiş:

"Amma hələ də dilini yığmır və blef edir. Bir tək Pasinyan Rusiyanın yaxın gələcəkdə batacağını hiss edib və tez-bazar gəmini tərk etməyə çalışır".

Mehman Mehdiyev
Xəbəri paylaş