“Ermənistan əhalisinin məhv olmasını ilk növbədə İran istəyir. İrana Avropaya çıxmaq üçün ərazi lazımdır. İranın Zəngəzur dəhlizinin açılmasına kəskin reaksiyası və qırmızı xətti olmasını bəyan etməsi də əraziyə sahib olmaq davasıdır.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O deyib:
"Necə olur ki, sivil şəkildə İranın Zəngəzur dəhlizi vasitəsilə bu dəhlizə qoşularaq, Türkiyə üzərindən Avropaya çıxmaq imkanları yaranarkən, Tehran bundan imtina edir, amma Amerikanın Ermənistanda möhkəmlənməsinə, Rusiyanın isə regiondan getməsinə və NATO-nun nəzəri də olsa, regiona gəlməsinə səbəb olacaq Qərbə inteqrasiya addımlarına razı olur, buna səs çıxarmır, sakitliklə qarşılayır? İran burda ikili oynayır. Məsələ ondadır, İran yaxşı başa düşür ki, NATO-nun regiona gəlməsi əvvəla mümkün deyil. Ona görə ilk növbədə buna qarşı çıxıb özünü Ermənistanın gözündə pis etmək istəmir. Amma Ermənistanı silahlandırıb, Azərbaycanın üzərinə göndərməklə İrəvandan qurtulmaq istəyir".
Anar Əliyev