Ermənistan Qərblə Rusiya arasında var gəl edir. Hansı tərəfə üz tutmaqda seçim edə bilməyən İrəvan getdikcə özünü daha çətin vəziyyətə salır. Elə siyasi ekspert Çingiz Şahbazi də belə düşünür.
Newscenter.az-ın xəbərinə görə, ekspert bildirib ki, ikiüzlü və ikili standartlardan çıxa bilməyən dövlətlərin ortaya qoyduğu oyunlar və çirkin planlardan dolayı Ermənistan, baş nazir Pasinyanın təbirincə desək, suveren və müstəqil ola bilmir:
"Bu gün Cənubi Qafqazda baş verən hadisələrə nəzər salsaq görərik ki, ikiüzlü və ikili standartlardan çıxa bilməyən dövlətlərin ortaya qoyduğu oyunlar və çirkin planlardan dolayı Ermənistan, suveren və müstəqil ola bilmir. Onların ikili standartlardan dolayı verdikləri dəstək, sonda Ermənistanın başında partlamalı olub və bu gün də ABŞ -ın simasında təqdim olunan dəstəyi də eyni aqibət gözləyir".
Anar Əliyev