Son vaxtlar İranın Azərbaycana qarşı münasibətlərində bir istilik müşahidə edilir. Rəsmi Bakının maraqlarına cavab verən bir neçə açıqlamanın verilməsi, İranın yüksək rütbəli rəsmilərinin ölkəmizə səfərləri Bakı ilə Tehran arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım kimi xarakterizə edilir. Hətta dünənə qədər Zəngəzur dəhlizinin açılmasını heç cürə yaxın buraxmayan İran, bu gün sözügedən dəhliz barədə nikbin fikirlər səsləndirir. Elə politoloq Yalçın Hacızadə də bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, politoloq qeyd edib ki, İran münaqişənin bitməməsini, Zəngəzur dəhlizin açılmamasını istəyir. Onun sözlərinə görə, münaqişənin bitməsini Azərbaycanın regionda güclənməsi kimi görür:
"Zəngəzur dəhlizin açılması ilə bağlı iqtisadi əsasları qəbul etmir. Çünki region üçün özünün çoğrafi mövqeyi itir. Eyni zamanda, dəhlizin açılması ilə Türk ölkələrinin əlaqələrinin genişlənəcəyini və güclənəcəyini bilir. Bunun da regionda türkçülüyün inkişaf etdirəcəyini bilir. Ökəsində yaşayan milyonlarla azərbaycanlıya görə türkçülüyün inkişafını özü üçün böyük təhlükə hesab edir".
Anar Əliyev