Milli Məclisin deputatı Vüqar Bayramov sentyabrın 17-də “Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu” adlı konfransda iştirak etmək məqsədilə İtaliya Respublikasının Neapol şəhərinə səfər edəcək.
Bu barədə Newscenter.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Deputat konfransın işində iştirak edəcək, tədbirin mövzusuna dair müzakirələrə qatılacaq.
Səfər sentyabrın 19-da başa çatacaq.
Sona