Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Növbəti köç karvanı Füzuli şəhərinə çatdı

Növbəti köç karvanı Füzuli şəhərinə çatdı


Sentyabrın 15-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Newscenter.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 73 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 144 ailə, yəni 514 nəfərin daimi məskunlaşması təmin edilib.

Ruhiyyə Mehdiyeva

Xəbəri paylaş