Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyevin Tacikistana səfəri başa çatıb

Prezident İlham Əliyevin Tacikistana səfəri başa çatıb


Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına səfəri sentyabrın 15-də başa çatıb.

Newscenter.az xəbər verir ki, Düşənbə Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər yola salıblar.

Sevinc Mehdiyeva
Xəbəri paylaş