"Son günlərdə Milli aviadaşıyıcımız olan AZAl-ın rəhbərliyində dəyişillik olub. Ölkə başçısı cənab İlham Əliyevin məlum sərəncamı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsinin müvəqqəti icrası "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib".
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən Milli Məclisin deputatı İltizam Yusifov deyib ki, AZAL-la bağlı məsələlər (problemlər) zaman-zaman MM də müzakirə olunub:
"14.09.2023-cü il tarixdə "Azərbaycan Hava Yolları" QSC-də(AZAL) Milli Məclis deputatlarının iştirakı ilə tədbir keçirilib. Tədbirdə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, AZAL prezidenti Samir Rzayev, MM komitə sədrləri, Deputatlar, AZAL-ın məsul rəhbər işçiləri iştirak edirdilər".
Millət vəkili qeyd edib ki, yeni rəhbərlik AZAL-ın 2030-cu ilə qədər fəaliyyət və inkişaf strategiyasını təqdim edib:
"ilk dəfə bu formatda keçirilən görüşdə ölkə iqtisadiyyatının əsas sahələrindən biri kimi aviasiya sənayesinin inkişafı perspektivindən danışıldı. Vətəndaşları narahat edən və mövcud olan bütün problemlər bir daha AZAL rəhbərliyinin diqqətinə çatdırıldı, həlli yolları ilə bağlı geniş müzakirə aparıldı. Əsas müzakirə və təklif olunan məsələlər AZAL-ın qiymət siyasətinin dəyişdirilməsi, əlçatanlığın təmin edilməsi, aşağı büdcəli (Low Cost) aviaşirkətlərin çəlb olunması, hava limanlarının fəaliyyətinin(idarəçiliyinin) təkmilləşdirilməsi, Azərbaycanı (Bakını) aviasiya sahəsində Hab(hub)-a çevirmək, şəhid ailələri və xaricdə oxuyan tələbələrə güzəştlərin tətbiqi və s. olub".
İltizam Yusifov diqqətə çatdırıb ki, bu formatda görüş ilk dəfə keçirilməsinə baxmayaraq çox səmimi və işgüzar alındı:
"Qanunverici və icra orqanlarının qarşılıqlı, səmərəli əməkdaşlığı sözsüz ki, vahid dövlət maraqlarına xidmət edir. Biz hesab edirik ki, mövcud problemlər tezliklə öz həllini tapacaq, AZAL milli brend olaraq Azərbaycan iqtisadiyyatına öz töhfəsini verəcək və Azərbaycan xalqına yüksək xidməti təmin edəcəkdir".
Anar Əliyev