Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TBMM sədri: “Türkiyə və Azərbaycan bundan sonra da həmrəyliyini davam etdirəcək"

TBMM sədri: “Türkiyə və Azərbaycan bundan sonra da həmrəyliyini davam etdirəcək"


“Türkiyə və Azərbaycan dünən və bu gün olduğu kimi “tək millət, iki dövlət” şüarı ilə bundan sonra da hənmrəyliyini davam etdirəcək”.

Newscenter.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş “X”də yazıb.

O, Bakının işğaldan azad olunmasının 105-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib: “Bakı fatehi, Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanı və əsgərlərinin xatirəsini hörmətlə anıram. Qəbirləri nurla dolsun, məkanları cənnət olsun”.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 105-ci ildönümüdür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə hərbçiləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Mehman Mehdiyev
Xəbəri paylaş