Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil tariximizə qızıl hərflərlə yazılacaq anlar

Təhsil tariximizə qızıl hərflərlə yazılacaq anlar


“2023-2024-cü tədris ilində ən yadda qalan hadisələrdən biri işğaldan azad edilmiş şəhər və rayonlarımızda 30 ilə yaxın fasilədən sonra zəngin çalınması, orada tədris prosesinə başlanılması olacaq”.

Bu fikirləri Newscenter.az-a “Təhsilə Dəstək və Maarifləndirmə” ictimai birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. İctimai birlik sədri deyib ki, Laçında 32, Füzulidə isə 30 il aradan sonra yenidən məktəblərdə tədris prosesinə start verilib:

“Bu böyük bir hadisə, Azərbaycanın təhsil tarixinə qızıl həriflərlə həkk olunacaq məqamlardır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin düşünülmüş uğurlu siyasəti və Ali Baş Komandan kimi tarixi zəfəri Azərbaycan xalqına, körpə fidanlara bu xoşbəxtliyi, həyacan, sevinc dolu anları bəxş edib”

Keçən ildən etibarən Zəngilanın Ağalı kəndində şagirdlərin məktəb həyatına qədəm qoyduqlarını diqqətə çatdıran Süleyman İsmayılbəyli növbəti tədris ilindən etibarən işğaldan azad edilən digər şəhər və rayonlarımızda, Şuşa, Kəlbəcər, Qubadlı, Ağdam və s.də körpə fidanların məktəb həyəcanı yaşayacaqlarına və tədris prosesinə start veriləcəyinə əminlik ifadə edib.

Anar Əliyev
Xəbəri paylaş