Türkiyədə COVID-19-un yeni ştamı olan "Eris"lə bağlı həyəcan təbili çalınır, yoluxmanın artacağı gözlənilir.
Newscenter.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, "Eris" ştamı dünyanın 52 ölkəsindən, o cümlədən Fransa və Britaniyadan sonra Türkiyəyə də çatıb. Mütəxəsislərin fikrincə, yaxın gələcəkdə statistikada ciddi artım müşahidə oluna bilər. Buna səbəb kimi məktəblərin açılması, yay tətilinin başa çatması və havaların soyuması göstərilir. Həkimlər xüsusilə ictimai nəqliyyatda tibbi maskadan istifadəni tövsiyə edirlər.
Altınbaş Universitetinin professoru Şevket Özkaya vurğulayıb ki, yoluxmanın əsas əlaməti dadbilmə, iybilmə qabiliyyətinin itməsi və səsin batmasıdır.
Xatırladaq ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca ölkə ərazisində "Eris"ə 9 yoluxma faktının qeydə alındığını açıqlayıb.(report)