Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycana qarşı ABŞ və Avropanın bəzi mərkəzlərinin siyasi ritorikasında "humanitar böhran" termininə son qoyuldu

Azərbaycana qarşı ABŞ və Avropanın bəzi mərkəzlərinin siyasi ritorikasında "humanitar böhran" termininə son qoyuldu


"Xankəndi -Agdam yolunun açılması, buradan yüklərin göndərilməsi reinteqrasiya prosesinin tərkib hissəsidir. Azərbaycan "yumuşaq güc" yolu ilə separatçılara təzyiqləri davam etdirməlidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, Azərbaycan dövlət nömrə nişanlı yük avtomobilləri Qızıl Aypara vasitəsilə yüklələri Xankəndinə göndərməlidir:

"Bu proses təkcə, Qırmızı Xaç vasitəsilə həyata keçirilməməlidir".

Politoloq deyib ki, artıq Ermənistan və Qarabağdakı separatçıların " Humanitar böhran" şousu bununla fiaskoya uğradı:

"Demək olar ki, Ermənistan silahlı qüvvələrinin hərbiçiləri də mülki geyimdə Qarabağı tərk edir. Təkcə, onlar deyil, Azərbaycanla birnci və ikinci Qarabağ müharibəsində döyüşənlər və vətəndaşlığı qəbul etməyənlər də Qarabağı tərk edəcəklər".

Məhəmməd Əsədulazadə qeyd edib ki, Bununla da Azərbaycana qarşı ABŞ və Avropanın bəzi mərkəzlərinin siyasi ritorikasında "humanitar böhran" termininə son qoyuldu:

"Qarabağda silahlı erməni birləşmələri və ağır silahlarının çıxarılması istiqamətində təzyiqlər həyata keçirilməlidir. Tanklar və digər artilleriya qurğularının maneəsiz çıxışı həyata keçirilməli, yaxud Azərbaycana təhvil verilməlidir. Demək olar ki, Xankəndində Ermənistanin dəstəklədiyi və maddi təminatını həyata keçirdiyi silahli separatçıların heç bir perspektivi yoxdur".

Anar Əliyev
Xəbəri paylaş