Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yüklər daşıyan Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları Laçın-Xankəndi yolundan keçib.
Newscenter-az-ın məlumatına görə, "Report"un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir ki, maşınlara vizual baxış keçirildikdən sonra onların keçidi təmin olunub. Hazırda 1 maşın əraziyə yük daşıyır.
Bundan başqa, 3 minik maşını ərazidən keçir.
Bununla paralel olaraq Ağdam - Xankəndi yolu vasitəsilə də Qarabağa ərzaqlar daşınır.
Qeyd edək ki, sülhməramlıların müvəqqəti yerləşdiyi Laçın - Xankəndi va Ağdam - Xankəndi yolu vasitəsilə əraziyə ərzaqların daşınması barədə sentyabrın 1-də razılıq əldə olunub.