Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daşqınlar bir-neçə rayonda yol infrastrukturuna ziyan vurub

Daşqınlar bir-neçə rayonda yol infrastrukturuna ziyan vurub


Yağan güclü yağış nəticəsində yaranan sel suları Lerik, Astara, Zaqatala və Balakən rayonlarında yol infrastrukturuna və yol qurğularına ziyan vurub.

Newscenter.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki. yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Hal-hazırda yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur, yolların və yol qurğularının bərpası istiqamətində aparılan işlər davam etdirilir.

R.Mehdiyeva
Xəbəri paylaş