Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə can atır

Dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə can atır


"Bu gün Azərbaycanda möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında milli maraqlarımızın qorunmasına hesablanmış uğurlu və dünya ölkələrinə nümunə olacaq xarici siyasət kursu həyata keçirilir. Bu siyasət kursunun nəticəsidir ki, dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə can atır. Eyni zamanda ölkəmiz beynəlxalq aləmdə yüksək etimada və nüfuza malikdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva səsləndirib. O bildirib ki, dövlətimizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən biridir. Son illər, xüsusən də İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı, ardıcıl səfərlər həyata keçirildi ki, bunun da nəticəsində region dövlətləri ilə ölkəmiz arasındakı əlaqələrdə böyük canlanma müşahidə olundu:

"Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari il ərzində Tacikistana növbəti dəfə səfər etdi. Azərbaycanla Tacikistan arasındakı mövucd qardaşlıqlı münasibətlərinin uğurlu inkşafı ötən əsrin 90-cı illərinin əvvəlində qoyulmuşdur. Həmin dövrdə Azərbaycan və Tacikistan ağır çətinliklərlə üzləşmişdi, hər iki dövlətdə ictimai-siyasi sabitlik pozulmuş və vətəndaş müharibəsi gedirdi. Lakin Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin və Tacikistan prezidenti Emoməli Rəhmonun böyük liderlik bacarığı nəticəsində ölkələrimiz çətinlikləri arxada qoyaraq inkşaf yoluna çıxdı və bu gün Azərbaycan və Tacikistan dünyanın ən sabit ölkələrindəndir. Ölkələrimiz arasındakı əlaqələr bütün sahələr üzrə dinamik şəkildə inkişaf etməkdədir. Cari ilin aprel ayında cənab Prezident İlham Əliyevin Tacikistana səfəri zamanı çoxsaylı sənədlər və memorandumlar imzalanmışdır ki, bu da Azərbaycanla Tacikistan arasındakı əməkdaşlığın hüquqi bazasının inkşafına təkan vermişdir".

Sədaqət Vəliyeva bildirib ki, səfər çərçivəsində mühüm hadisələrdən biri də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünün keçirilməsi oldu. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fəxri qonaq qismində iştirak etdi ki, bu da ölkəmizə olan yüksək diqqət və etimadın göstəricisidir:

"Çıxış edən dövlətimizin başçısı Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı çoxəsrlik qardaşlıq tarixindən, ortaq mədəni köklərdən danışdı. Cənab Prezidentimiz ölkələrimizin hər zaman bir birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edərək, iqtisadi əlaqələrin də fəal şəkildə inkşaf etdiyini diqqətə çatdırdı. Sevindirici hal olaraq qeyd etmək yerinə düşərdi ki, ötən il ölkəmizlə Mərkəzi Asiya ölkələri arasındakı ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə 50 faiz artım qeydə alınmışdır ki. Əlbətdə bu da ölkəmizin əlavə gəlir əldə etməsinə gətirib çıxarmışdır.

Daha sonra ölkəmizin Başçısı Nəqliyyat və logistika sahəsindəki münasibətlərimizdən danışaraq vurğuladı ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Bəli, bu gün dövlətimizin apardığı uğurlu əməkdaşlıq və daxili sabitliyimiz nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevrilmişdir. Yüksələn tranzit imkanları ölkəmizin əhəmiyyətini daha da artırmaqla yanaşı Azərbaycanın iqtisadi gücünə əlavə güc qatmaqdadır.

Ümumilikdə, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Tacikistana rəsmi səfəri, iki ölkə arasındakı mövcud əlaqələrin inkşafı və iki yeni-yeni əməkdaşlıq perspektivləri baxımından xeyli səmərəli və məhsuldar oldu”.

Anar Əliyev

Xəbəri paylaş