Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan Gürcüstanda FETÖ məktəblərinin bağlanmasından dolayı bu ölkənin baş nazirinə təşəkkür edib

Ərdoğan Gürcüstanda FETÖ məktəblərinin bağlanmasından dolayı bu ölkənin baş nazirinə təşəkkür edib


Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının toplantısında iştirak etmək üçün Amerikaya səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da Gürcüstanın baş naziri İrakli Qaribaşvilini qəbul edib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Nyu-Yorkdakı Türk Evində keçirilən görüşdə prezident Ərdoğan əsrin fəlakətindən sonra Gürcüstanın dəstəyinə görə bir daha minnətdarlığını bildirib. O, iki ölkə arasında ticarət dövriyyəsinin 3 milyard dollardan 5 milyard dollara qədər artırılmasının yenidən nəzərdən keçirilə biləcəyini deyib.

Orta dəhlizin reallaşmasının vacibliyindən danışan prezident Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə işə salınmasının gözlənildiyini də ifadə edib.

Prezident Ərdoğan Gürcüstandakı FETÖ məktəblərinin bağlanmasının və mal varlığının dondurulmasının vacib olduğunu ifadə edərək, Gürcüstan rəhbərliyinin bununla bağlı atdığı addımları təbrik edib.

Mehman Mehdiyev
Xəbəri paylaş