Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə və Azərbaycan Ermənistanın son ümid yeri kimi görünür

Türkiyə və Azərbaycan Ermənistanın son ümid yeri kimi görünür


"Məhz Ermənistanın siyasi iradəsizliyi nəticəsində Cənubi Qafqazda sabitlik əldə olunmur və bölgədə daha böyük iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində işlər ləngiyir".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, Ermənistan Rusiyanın forpostu hesab olunur və İrəvanın Moskvadan ayrılması asan görünmür:

"Belə olan təqdirdə Rusiya istər iqtisadi baxımdan olsun, istərsə də ticari əlaqələrin davam etməsi baxımından Ermənistana ciddi şəkildə təsir mexanizmlərini tətbiq edə bilər. Bu da o deməkdir ki, bütün bunların fonunda Ermənistanın yardımına nə ABŞ, nə də ki Fransa gələ bilməyəcək".

Çingiz Şahbazi deyib ki, Ermənistanın xüsusilə enerji resurslarını və digər sahələrdə olan tələbatını məhz indiyə qədər Rusiya təmin edib:

"Nəzərə alsaq ki, İran da Rusiyanın sözündən çıxmayacaq, onda Ermənistanın vəziyyəti sözün həqiqi mənasında "rusca" olacaq. Bunun üçün Türkiyə və Azərbaycan Ermənistanın son ümid yeri kimi görünür".

Mehman Mehdiyev
Xəbəri paylaş