Bu gün saat 00:25 radələrində ADY-yə məxsus xidmət sahəsi olan Goran Dartı Yarım Stansiyasının I bölməsində yanğın baş verib.
Newscenter-az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, FHN-in Yanğından Mühafizə briqadalarının köməyi ilə yanğın saat 02:30-da söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Qısa zaman ərzində yaxınlıqda yerləşən digər Dartı Yarım Stansiyalarından sözügedən mənzilə fasiləsiz elektrik enerjisinin verilməsi tam təmin olunub.
Hazırda qatarlar qrafik üzrə hərəkət edirlər. Hadisənin başvermə səbəbi aidiyyəti üzrə araşdırılır.
R.Mehdiyeva