Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda PUA sınaq uçuşu zamanı şəhər meydanına düşüb, 2 nəfər yaralanıb

İranda PUA sınaq uçuşu zamanı şəhər meydanına düşüb, 2 nəfər yaralanıb


İranda sınaq uçuşu zamanı pilotsuz uçuş aparatı (PUA) Gülüstan əyalətinin Qorqan şəhər meydanına düşüb.

Newscenter.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İran Müdafiə Nazirliyinin mətbuat katibi Məhəmmədrza Talainik bildirib.

Qeyd edilib ki, “Efendi” adlı sistemin sınağı keçirilib. Sistemdə baş verən nasazlıq səbəbindən aparat Qorqan şəhərində meydana düşüb.

Qeyri-rəsmi mənbələr isə bildirib ki, hadisə raket sınağı nəticəsində baş verib. Məlumata görə, sınaq zamanı raketin başlığı çıxıb. Başlıq təyin edilmiş yerə deyil, bir neçə hissəyə parçalanaraq Qorqan şəhərinə düşüb.

Hadisə nəticəsində iki nəfərin yaralandığı bildirilir. Qəza yerinə təcili tibbi yardım heyəti və istintaq qrupu cəlb edilib.(report)
Xəbəri paylaş