İtaliyada növbəti dəfə yeraltı təkanlar baş verib.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, bu dəfə zəlzələ Floransa rayonundan şimal şərqində 4,8 bal gücündə olub.
İtaliya Beynəlxalq Geofiziki və Vulkanoloji İnstitutundan verilən məlumata görə, zəlzələ yerin 8,4 kilometr dərinliyində baş verib. Yeraltı təkanlar hər hansı tələfat və dağıntıya səbəb olmayıb.
Qeyd edək ki, bu gün yerli saatla 5:10-da da İtaliyada yerlatı təkanlar qeydə alınıb.
Mehman Mehdiyev