Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sel suları Astara rayonu ərazisində 2 avtomobil körpüsünə ziyan vurub

Sel suları Astara rayonu ərazisində 2 avtomobil körpüsünə ziyan vurub


Yağan güclü yağış nəticəsində yaranan sel suları Astara rayonu ərazisində 2 avtomobil körpüsünə ziyan vurub.

Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, 8 metr uzunluğa malik körpülərdən biri Pensər-Toradi avtomobil yolunun 1-ci km-də, Pensər çayı üzərində, digəri 24 metr uzunluğa malik körpü isə Siyəkü-Şəmətük avtomobil yolunun 1-ci km-də, Siyəki çayı üzərində yerləşir.

Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Hal-hazırda sözügedən istiqamətlərdə hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunması və yol qurğularının bərpası istiqamətində işlər aparılır.

R.Mehdiyeva
Xəbəri paylaş