Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Tovuz rayonunun Qazqulu kəndi ərazisində fəaliyyət göstərən "Su pərisi" ailəvi istirahət mərkəzindən atmosfer havasına tüstünün yayıldığı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Newscenter.az-a bildirib ki, araşdırma zamanı obyektdə qaz-toz tutucu qurğunun quraşdırılmadığı üçün atmosfer havasına normadan artıq tullantının atıldığı məlum olub.
“Faktla bağlı obyektin rəhbəri Aydın Sultanov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb. Eyni zamanda, təmizləyici qurğunun quraşdırılması məqsədilə A.Sultanova məcburi göstəriş verilib”.
Sona