Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə fabrik yanır

Türkiyədə fabrik yanır


Türkiyədəki fabriklərdən birində yanğın hadisəsi baş verib.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, hadisə Silivridə qeydə alınıb. Belə ki, Silivrinin Ali Paşa məhəlləsində yerləşən fabrikdə baş verən yanğın qısa müddətdə ətrafa yayılıb. Dərhal hadisə yerinə gələn xilasedicilər fabrik işçilərini və yaxınlıqda yaşayanları daha təhlükəsiz yerə təxliyə ediblər.

Hazırda yanğının söndürülməsi davam edərkən, hadisənin baş vermə səbəbi də araşdırılır.

Mehman Mehdiyev
Xəbəri paylaş