Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna bəzi Avropa ölkələrini məhkəməyə verəcək

Ukrayna bəzi Avropa ölkələrini məhkəməyə verəcək


Ukrayna taxıl və ərzaq məhsullarının idxalına qadağa qoyulmasına qərar verən Avropa İttifaqının (Aİ) bəzi üzvlərini məhkəməyə verməyi nəzərdə tutur.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Kiyevin hədəfində olan ölkələr Polşa, Macarıstan və Slovakiyadır.

Ukraynanın Ticarət Nümayəndəsi Taras Kaçka bu barədə "Politico" saytına verdiyi açıqlamada deyib ki, Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağaya görə Polşa, Macarıstan və Slovakiyaya qarşı iddia qaldırılacaq:

"Bu hərəkətlərin hüquqi baxımdan yanlış olduğunu sübut etmək çox vacibdir. Ona görə də sabahdan məhkəmə prosesinə başlayacağıq".

Kaçka izah edib ki, Polşa, Macarıstan və Slovakiyanın Brüsselə qarşı açıq meydan oxuması təkcə Aİ-nin daxili məsələsi deyil, həm də beynəlxalq ticarət tərəfdaşlarının Brüsselə etimadı ilə bağlı məsələdir.

Mehman Mehdiyev
Xəbəri paylaş