Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zaqatalada sel sularının ziyan vurduğu körpüdə hərəkət bərpa olunub

Zaqatalada sel sularının ziyan vurduğu körpüdə hərəkət bərpa olunub


Zaqatala rayonu Qazangül qəsəbəsində daxili yol üzərində yerləşən və sel suları nəticəsində yanaşma hissəsi yuyulan körpüdə bərpa işləri aparılaraq hərəkət təmin olunub.

Newscenter.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki, yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi sözügedən yolun və körpünün agentliyin balansında olmamasına baxmayaraq, dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

Hal-hazırda Zaqatala rayonu ərazisində yollarda sel suları nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

R.Mehdiyeva
Xəbəri paylaş