Bu gün Qarabağdakı separatçı dəstələrin polis əməkdaşlarımız və mülki vətəndaşlarımıza qarşı həyata keçirdikləri terror aktı bir daha sübut etdi ki, Azərbaycan vaxt itirmədən hərəkətə keçməli, və Qarabağda özünə sığınacaq tapmış separatçıları, qeyri-qanuni hərbi birləşmələri məhv etməlidir. Əks təqdirdə bu kimi terror aktları davam edəcək.
Elə politoloq Məhəmməd Əsədullazadə də belə düşünür. Newscenter.az-ın xəbərinə görə, politoloq deyib ki, Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət ərazisində silahlı erməni birləşmələrinin diversiya kəşfiyyat qrupu yeni inşa olunmuş Füzuli Şuşa yolunda tunelə mina basdırması terror aktıdır. Onun sözlərinə görə, nə qədər ki, qanunsuz silahli terrorçu dəstələr Qarabağda var bu kimi terror halları davam edəcək:
"Azərbaycan Qarabağda qanunsuz silahli dəstələri terrorçu qrup elan etməli və onlara qarşı anti-terror əməliyyatlarına başlamalıdır".
Anar Əliyev