Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Komitəsində beynəlxalq ekspertlərlə görüş keçirilib

Dövlət Komitəsində beynəlxalq ekspertlərlə görüş keçirilib


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (QAK) Azərbaycandakı nümayəndəsi xanım Bik Lum və Məcburi Köçkünlərin Profilləşdirilməsi üzrə Müştərək Xidmətinin (JİPS) ekspertləri ilə görüşüb.

Newscenter.az xəbər verir ki, görüşdə qonaqlara Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində ölkəmizin üzləşdiyi qaçqınlıq və məcburi köçkünlük problemi, onun həlli istiqamətində həyata keçirilən tədbirlər, dövlət komitəsinin fəaliyyət istiqamətləri, torpaqlarımızın işğaldan azad edilməsindən sonra yaranan reallıqlar, Böyük Qayıdış proqramı haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin sosial siyasətində qaçqınlara və məcburi köçkünlərə dəstək və qayğı xüsusi yer tutur, Birinci vitse-prezident Mehriban Əliyeva onların yaşayış şəraitinin yaxşılaşdırılmasını, təhsil, sağlamlıq, mədəni inkişaf məsələlərinin həllini daim diqqətdə saxlayır.

Qeyd olunub ki, komitə beynəlxalq hüququn prinsiplərinə əsasən, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıdışı üçün dövlət tərəfindən qarşısına qoyulan vəzifələri icra edir. Bu günədək 2 mindən çox məcburi köçkünün doğma yurdlarında dayanıqlı məskunlaşması təmin edilib. Böyük Qayıdış zamanı məcburi köçkünlərin ehtiyaclarının və potensialının qiymətləndirilməsi üçün müvafiq tədbirlər görülür, eyni zamanda bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi də fəaliyyətin düzgün qurulmasına öz töhfəsini verəcək.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (QAK) Azərbaycandakı nümayəndəsi xanım Bik Lum bildirib ki, beynəlxalq təşkilatların qurumlararası orqanı olan Məcburi Köçkünlərin Profilləşdirilməsi üzrə Müştərək Xidmətinin (JİPS) 2 eksperti 17-27 sentyabr 2023-cü il tarixlərində Dövlət Komitəsində fəaliyyət göstərəcək, komitənin əməkdaşları ilə birlikdə, beynəlxalq təcrübə əsasında, daxili köçkünlüklə bağlı mövcud məlumatların idarə edilməsi, onlardan istifadənin yaxşılaşdırılması və yeni potensial yaradılması üzrə real, qısa, orta və uzunmüddətli tövsiyələr hazırlayacaqlar. Əldə edilən nəticələr Dövlət Komitəsi, BMT QAK və JIPS arasında gələcək potensial layihənin əsasını təşkil edəcək. Ekspertlər Dövlət Komitəsinin müvafiq struktur bölmələri ilə də görüşlər keçirəcək.

Görüşdə ekspertlərin çoxsaylı sualları cavablandırılıb və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

R.Mehdiyeva
Xəbəri paylaş