Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni terroru davam edir

Erməni terroru davam edir


"Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşməsi nəticəsində DİN-in dörd əməkdaşının şəhid olması və yaralılarımızın olması bir daha erməni terrorunun davam etdiyinin göstərir. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara tezliklə sağlıqlarına qovuşmalarını diləyirəm".

Ňewscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, ermənilər tərəfindən ərazilərimizdən 1.5 milyon mina basdırıldığı faktlarla təsdiq olunub. Azərbaycanın dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır və ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən artıq vətəndaşımız minalardan zərər çəkmiş, onlardan 600-dən çoxu həyatını itirmişdir. Onu da qeyd edim ki, minadan zərər çəkən qurbanların 358-ni uşaq, 38-ni isə qadınlar təşkil edir:

"Mina qurbanlarının sayını artması erməni terroçularının demək olar ki, hər yerə mina basdırması ilə bağlıdır. Ermənistanın keçmiş təmas xəttinin arxasında yerləşən yollarla yanaşı, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə də tələ xarakterli minalar yerləşdirdiyi hər kəsə məlum olan faktdır. Ən böyük problem isə ondadır ki, Ermənistan nəinki Qarabağ müharibəsindən əvvəl basdırdığı minaların tam xəritəsini Azərbaycan tərəfinə təqdim etmir, hətta yeni minalama prosesini də həyata keçirir. Və bütün bunlar Ruisya sülhməramlılarının nəzarət zonasında, yəni onların gözü qarşısında baş verir. Ərazilərimizn məqsədyönlü şəkildə minalanmasının davam etdirilməsi isə bölgədə dayanıqlı sülhün əldə olunmasına, aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin öz yurdlarına qayıtmasına mane olan əsas təhdidlərdən biri olaraq qalmaqda davam edir.

Nəticədə, Ermənistan “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiyanın müddəalarını kobud şəkildə pozmaqda davam edir. Bu beynəlxalq sənədlərə görə, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi ilə bağlı, eləcə də piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür.
Buna görə məsuliyyət isə təkcə Ermənistanın üzərinə düşməməlidir. Eyni məsuliyyət həm də bütün bu baş verənlərə göz yuman, xəritələrin verilməməsinə və minaların basdırılmasının davam etdirilməsinə görə Ermənistana təzyiq göstərməyən ayrı-ayrı dövlətlərin, beynəlxaq qurumların üzərinə düşür. Əgər beynəlxaq birlik həqiqətən sülhdə maraqlıdırsa o zaman Ermənistanın hərbi-siyasi rəhbərliyinə təzyiq göstərməyə borclidur. Yox əgər bu təzyiqlər olmayacaqsa və beynəlxalq qurumlar ikili standartları davam etdirəcəklərsə o zaman ermənilər də müharibə cinayətlərindən əl çəməyəcəklər. Belə olan halda isə regionda uzunmüddətli sülhdən söhbət gedə bilməz".

Anar Əliyev
Xəbəri paylaş