Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbulda gübrə tranziti məsələsi müzakirə edilib

İstanbulda gübrə tranziti məsələsi müzakirə edilib


İstanbulda "Türkiyə - Argus Fertilizers 2023: Xəzər, Qara Dəniz və Şərqi Avropa bazarları" konfransı keçirilib.

Newscenter.az-a ADY Ekspressdən bildirilib ki, konfrans, gübrə istehsalı, nəqli, satışı və ümumiyyətlə bu sahədəki son durumun təhlili və müzakirəsinə həsr olunub. Tədbir eyni zamanda gübrə sahəsini araşdırmaq, əhəmiyyətli məsələləri müzakirə etmək və son yeniliklərini öyrənmək üçün əhəmiyyətli bir platforma təklif edib. 20-dən artıq ölkədən 400-ə yaxın iştirakçının qatıldığı konfransda gübrə sənayəsinin aparıcı şirkətlərinin rəhbərləri, ekspertlər və müstəqil təşkilatların təmsilçiləri bir araya gələrək, əməkdaşlığın möhkəmləndirilməsi, fəaliyyətin genişləndirilməsi və əlaqələrin inkişaf etdirilməsi istiqamətində yollar araşdırıblar.

“ADY Express” MMC-nin nümayəndələri bu tədbirdə iştirak edərək aparılan müzakirələrdə aktiv iştirak ediblər. Şirkət təmsilçiləri aparılan danışıqlarda və keçirilən görüşlərdə gübrə istehsalçıları, logistik şirkətləri və digər təşkilatların nümayəndələri ilə vacib söhbətlərində əməkdaşlıq imkanlarını araşdırıblar, Azərbaycan ərazisində keçən beynəlxalq nəqliyyat marşrutlardan istifadə edərək gübrənin nəql edilməsini müzakirə ediblər.

ADY Express şirkətinin kommersiya departamentinin rəhbəri Yusif Ramazanovun konfransdakı çıxışı elə gübrə yüklərinin nəqlinə həsr olunmuşdu.

"Azərbaycan-Gürcüstan dəmir yolu ilə gübə tranziti üçün infrastruktur imkanlarının inkişafı" mövzusundakı çıxışında Azərbaycan dəmir yolları vasitəsi ilə gübrə tranzitinin necə təmin edildiyi vurğulanıb. Bildirilib ki, təklif edilən dəhliz, müxtəlif bölgələrdə yerləşən istehsalçıları Yaxın Şərq ölkələrinin yüksək tələbatlı bazarları ilə birləşdirmək üçün strateji bir mövqe sahibidir.

ADY Express şirkətinin təmsilçiləri konfransda eyni zamanda gübrə yüklərinin sürətli və təhlükəsiz nəqlini təmin etmək üçün logistik proseslərinin optimallaşdırılması strategiyasını müzakirə edərək yüklərin vaxtında çatdırılma yollarını araşdırıblar.

R.Mehdyeva
Xəbəri paylaş