Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçında ağır yol qəzası olub, "Azərenerji"nin 2 əməkdaşı ölüb

Laçında ağır yol qəzası olub, "Azərenerji"nin 2 əməkdaşı ölüb


Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan Newscenter.az-a bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

XXX

"Azərenerji" ASC isə bildirib ki, hadisə nəticəsində həlak olanlar “Azərenerji” ASC-nin deyil, ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.

“AzərEnerji” ASC həlak olanların yaxınlarına dərin hüzünlə başsağlığı verir.

Mehman Mehdiyev
Xəbəri paylaş