Azərbaycanın yerləşdiyi coğrafiyada əlverişli mövqeyə malik olması, artan siyasi və hərbi gücü Bakı ilə əməkdaşlıq etmək istəyən ölkələrin sayını artırır. Xüsusilə, bu müsbət tendensiya İkinci Qarabağ müharibəsində inamlı qələbəmizdən sonra daha çox müşahidə edilməyə başlayıb. Elə Yeni Azərbaycan Partiyasının üzvü Mətanət Qəribova da bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, Mətanət Qəribova deyib ki, 2020-ci ildə Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etdikdən sonra ölkəmizin beynəlxalq nüfuzu daha da artıb:
"Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu sayəsində Azərbaycan bu gün bütün dünyada ən etibarlı tərəfdaş ölkələrdən biri kimi tanınır. Əlbəttə ki, bütün bunlar ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayının getdikcə artmasına səbəb olur".
Anar Əliyev