Qarabağda terrorçu, separatçı rejimə qarşı cəza tədbirləri həyata keçirməyincə, bölgədə sabitlik, təhlükəsizlik təmin olunmayacaq. Müntəzəm olaraq separatçı birləşmələrin təxribat və diversiya fəaliyyətləri hərbi və mülki insanlarımız arasında itkilərə səbəb olur. Ötən gün yol tikintisi ilə məşğul olan Avtomobil Yolları Dövlət Agentliyinin 2 əməkdaşının tank əleyhinə minaya düşərək həlak olması da bunu təsdiqləyir.
Newscenter.az-ın xəbərinə görə, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov da bu qənaətdədir ki, Qarabağdakı separatçılara qarşı antiterror əməliyyatı qaçılmazdır. Onun sözlərinə görə, bu kimi amillər Azərbaycan ordusuna hərbi əməliyyatlar keçirməyə yetərli qədər əsas verir:
"Dünya birliyi terrora qarşı mübarizə aparmalıdır".
Qeyd edək ki, DTX - nın bu gün yaydığı məlumata görə Xocavənddə sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minanın partlaması, törədilmiş terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları olan mülki şəxslər 1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 1970-ci təvəllüdlü Sadıxov Samir Sabiroviçin ölməsi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlayıb.
Anar Əliyev