Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sonuncu separatçı da məhv olmalıdır -VAQIF ABDULLAYEV YAZIR

Sonuncu separatçı da məhv olmalıdır


Xocavənddə mina terroru nəticəsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının və digər şəxslərin həlak olması xəbəri hamımızı dərindən sarsıtdı. Bu ürəkdağıdıcı hadisədə şəhid olan əziz polis işçilərimizin və digər qurumların əməkdaşlarının ailələrinə dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyirəm.

Təəssüf ki, 30 il əziyyət çəkdiyimiz erməni terroru bu gün də davam edir, torpaqlarımızın keşiyində dayanan, təhlükəsizliyi təmin edən qəhrəman igidlərimizin, mülki vətəndaşlarımızın həyatını yarımçıq qoymaqdadır.
Azərbaycan 44 günlük tarixi Zəfərlə öz ərazi bütövlüyünü təmin etdikdən sonra torpaqlarımızda yaşayan erməniəsilli sakinlərin təhlükəsziliyi, bölgədə sülhün təmin olunması üçün bütün imkanlardan istifadə edir, özünün sülhpərvər, humanist siyasətini davam etdirir. Ancaq Ermənistanın və onun Xankəndində yaratdığı qondarma rejimə tabe olan terrorçu qruplar hələ də qalmaqdadır və onların törətdiyi hərbi təxribatlar və terror aktları, xüsusilə də mina terroru canlar almaqdadır. Son 3 ildə təkcə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak olub. Eləcə də neçə-neçə əsgərimiz erməni terrorçularının qurbanı olub.

Çox təəssüf ki, bu qanlı hadisələr Azərbaycan ərazilərində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin gözləri qarşısında baş verir və “sülhməramlılar”ın bu laqeydliyi və görməməzliyi erməni terrorizminə daha geniş qol-qanad açdırır.

Rusiya 2020-ci ildə imzalanmış üçtərəfli 10 noyabr bəyanatında nəzərdə tutulmuş əsas şərtlərdən biri olan erməni silahlı qruplarının Qarabağdan çıxarılmasını təmin etmədiyindən yeni terror və təxribatlara rəvac verilir.
Bu təxribatlar bölgədə təhlükəsizliyi təmin edən Polis və hərbi qulluqçularımızın həyatı üçün təhlükə yaratamaqla bərabər, öz doğma yurd-yuvalarına qayıtmış dinc sakinlər, eləcə də bu ərazilərdə fəaliyyət göstərən müxtəlif şirkətlərin əməkdaşları, mülki əhali, habelə xarici şirkətlərin əməkdaşlarının həyatı üçün təhlükə törədir, keçmiş məcburi köçkünlərin geri qayıtmasına maneçilik yaradır.

Ona görə də bölgədə sülhün və dayanıqlı təhlükəsizliyin təmin edilməsi, terror hadisələrinin birdəfəlik qarşısının alınması üçün yeganə yol anti-terror əməliyyatıdır.

Azərbaycanın öz legitim hüquqlarından, Konstitusyon tələblərdən istifadə edərək Xankəndi, Əsgəran və Xocavənddə gizlənmiş erməni silahlılarına qarşı anti-terror əməliyyatı həyata keçirməlidir və artıq bu gün başlanmış həmin əməliyyatları təqdir edir, əsil tarixi fürsət kimi alqışlayıram.

Əminəm ki, anti-terror əməliyyatı 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Cəsur Ordumuzun əsgərlərinin Dəmir Yumruğundan nəticə çıxarmayan erməni terrorizminə bu dəfə əsil dərs olacaq.
Bir daha öz şərəfli xidməti vəzifəsini yerinə yetirən polislərimizin və mülki vətəndaşlarımızn ailələrinə dərin hüznlə başsağlığı verir, səbr diləyirəm.

Allah rəhmət eləsin.

Onların Qanı yerdə qalmadı.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş