Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni Klinikada ilk dəfə döyünən ürəkdə açıq ürək əməliyyatı icra olundu

Yeni Klinikada ilk dəfə döyünən ürəkdə açıq ürək əməliyyatı icra olundu


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsində ilk dəfə olaraq icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində döyünən ürəkdə aorta koronar şuntlama əməliyyatı (AKŞ) icra olunub.

Newscenter.az xəbər verir ki, ürəyin xroniki işemik xəstəliyi diaqnozu ilə Yeni Klinikaya müraciət edən 1961-ci il təvəllüdlü Cəmilə Kərimovanın (xəstənin razılığı ilə məlumatlar təqdim edilir) ürək damarında - sol ön enən arteriyanın (LAD) proksimalının uzun seqmentinin 100% darlığı müşahidə edilib.

Ürək-damar cərrahları tərəfindən açıq ürək əməliyyatına alınan xəstəyə döyünən ürəkdə (Off Pump - Beating Heart) aorta koronar şuntlama əməliyyatı icra olunub.

Uğurla həyata keçirilən döyünən ürəkdə AKŞ əməliyyatından 4 gün sonra xəstə ambulator müalicə üçün evə yazılıb.
Qeyd edək ki, daha öncə Xidmətlər Zərfi daxilində aorta koronar şuntlama əməliyyatının (AKŞ) icra olunduğu Yeni Klinikada döyünən ürəkdə AKŞ əməliyyatı da ilk dəfə olaraq həyata keçirilib.

Xatırladaq ki, 6 iyun 2022-ci il tarixindən etibarən icbari tibbi sığorta sisteminin tətbiq olunduğu “Yeni klinika” tibb müəssisəsində bir sıra əməliyyatların icrası təmin edilir.

Sona

Xəbəri paylaş